AZ

Süni intellekt bu dəfə nəzakət testində

ABŞ-nin qlobal fast-food brendi olan "Burger King" müştəri məmnuniyyətini artırmaq məqsədilə yeni texnoloji sistem tətbiq edib.

"Cebheinfo.az" xəbər verir ki, “Patty” adlı səsli süni intellekt proqramı əməkdaşların taxdığı qulaqcıqlar üzərindən fəaliyyət göstərir.

Sistem işçilərə məhsullarla bağlı anlıq dəstək verir, eyni zamanda məlumatları menecerlərə ötürür. “Patty” əməkdaşların müştərilərə “Xoş gəlmisiniz”, “Zəhmət olmasa” və “Təşəkkür edirəm” kimi ifadələri işlədib-işlətmədiyini müəyyən edə bilir.

Əgər bu sözlər istifadə olunmazsa, sistem avtomatik olaraq rəhbərliyə bildiriş göndərə bilər.Şirkət bildirir ki, məqsəd əməkdaşları nəzakətli davranışa təşviq etmək, qonaqpərvərliyi gücləndirmək və xidmət keyfiyyətini artırmaqdır.

Hazırda sistem ABŞ-də 500 restoranda sınaqdan keçirilir. Lakin bəzi şəxslər əməkdaşların nəzarət altında saxlanıldığını və süni intellekt tərəfindən “nəzakət yoxlamasına” məruz qaldıqlarını əsas gətirərək bu tətbiqi tənqid edirlər.

Seçilən
25
1
cebheinfo.az

2Mənbələr