AZ

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərova qarşı intizam tədbirləri görüb

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Federasiyadan bildirilib.

"Hidayət Heydərov (73 kq) çəkisini sala bilmədiyinə görə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirinə buraxılmayıb. Azərbaycan Cüdo Federasiyası daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb", - qurumdan vurğulanıb.

Qeyd edək ki, Hidayət Heydərov Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

Seçilən
13
3
far.az

10Mənbələr