AZ

Silah-sursatın ələ keçirildi, 61 nəfər saxlanıldı

Fevralın 27-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ekologiya.az-a bildirilib ki, axtarışda olan 145 nəfər saxlanılıb.


⁠Narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib. ⁠Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.


Ötən gün polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Seçilən
13
8
ekologiya.az

10Mənbələr