AZ

Tehran BELƏ VURULUR – VİDEO

İsrailin zərbələrinin başlanmasına dair yeni görüntülər yayılıb.

NOCOMMENT.az xəbər verir ki, paytaxt Tehranda, xüsusilə Tehran Tibb Elmləri Universiteti ərazisində fasiləsiz hava həyəcan siqnallarının səsləndiyi bildirilir.

Universitet şəhərin şimal-şərqində, Babai şossesi yaxınlığında və İslam İnqilabı Keşikçiləri Korpusunun aviabazasının yanında yerləşir. Sosial şəbəkələrdə yayılan kadrlarda paytaxtın həssas nöqtələrində hücumun ilk anları, uzun müddət davam edən və təşviş doğuran siqnallar əks olunub.

Hava hücumu xəbərdarlığı üçün istifadə olunan bu siqnallar fonunda şəhərin müxtəlif ərazilərində – Pastor, Şəriəti, Azadi, Tohid, Iran Khodro zavodu və Beyt-Rəhbəri istiqamətində tüstü və yanğın halları barədə məlumatlar yayılıb. Məlumatlara görə, siren səsləri bir neçə dəqiqə fasiləsiz davam edib və hücumun paytaxtın strateji əhəmiyyətli bölgələrini əhatə etdiyi ehtimal olunur.

Seçilən
13
25
nocomment.az

10Mənbələr