AZ

Xameneinin evi və ofisi hücuma məruz qalıb

İranın Ali Lideri Əli Xameneinin evi və iş ofisinin hücuma məruz qaldığı bildirilir.

Bu barədə “Reuters” məlumat yayıb.

Eyni zamanda Fars News Agency Tehranla yanaşı, ölkənin bir neçə şəhərində – İsfahan, Qum, Kərəc və Kirmanşahda da partlayış səslərinin eşidildiyini bildirib.

Baş verən hadisələrdən sonra İran hava məkanını bütün növ təyyarələr üçün bağlayıb. Hadisənin detalları və hücumun səbəbləri ilə bağlı hələlik əlavə rəsmi açıqlama verilməyib.

Seçilən
18
7times.az

1Mənbələr