AZ

İran hava məkanını bağladı: İsrail təxminən 30 hədəfə zərbə endirib

İranın hava məkanı növbəti xəbərdarlığa qədər bağlanıb. Bu barədə Operativ Media İran mediasına istinadən məlumat yayıb.


Məlumata görə, qərar İsrailin İrana qarşı hərbi əməliyyatlara başlaması fonunda qəbul edilib. İran tərəfi hava məkanının müvəqqəti bağlandığını və əlavə məlumatın daha sonra veriləcəyini bildirib.


İsrail mediasının yaydığı xəbərlərə əsasən, hücumlar zamanı İran ərazisində təxminən 30 hədəfə zərbə endirilib. Hədəflərin dəqiq xarakteri və yerləşdiyi ərazilər barədə rəsmi açıqlama verilməyib.

Seçilən
3
1
anews.az

10Mənbələr