AZ

Efir qadağasından sonra qalmaqalları ssenari adlandırdı Video

ain.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən gün mediada efir qadağası qoyulan müğənnilərin qeyri-rəsmi siyahısı yayılıb.

Axşam.az xəbər verir ki, adı siyahıda olan meyxanaçı Aqşin Fateh verilişlərdə qurulan şoulardan danışıb. O bildirib ki, televiziyada yayımlanan bir çox qalmaqallar ssenari əsasında hazırlanır. 

Aqşin müğənnilərə qoyulan qadağalara sevinən sənət adamlarına səslənərək bunları deyib:

"Bəzi müğənnilər başqalarının efir qadağasına görə sevinirlər. Bu, yaxşı niyyət deyil. Hamı evinə, balasına çörək aparır. Düzdür, bəzi verilişlərdə aparıcılar, müğənnilər hədlərini aşırlar. Amma günah onlarda deyil. Sizin efir arxasında baş verənlərdən xəbəriniz yoxdur. Müğənni niyə çağrılır, hansı sual verilir - hamısı ssenaridir. Onlar plan qurur hansı müğənniyə hansı sualı verək, qıcıqlandıraq, əsəbləşsin danışsın. Hansı müğənnini qarşı-qarşıya qoyaq. Efirdə olanı görürsünüz, amma arxa siyahını görmürsünüz".

Qeyd edək ki, Aqşin də dəfələrlə verilişlərdə qalmaqalları ilə gündəmə gəlib. 

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
1
axsam.az

2Mənbələr