AZ

“Məqsəd İranın təhlükəsizlik sistemini dağıtmaqdır” ABŞ İsrail əməliyyatı genişlənir

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyat yeni mərhələyə keçib. Məlumata görə, ABŞ-nin nüvə enerjili aviadaşıyıcısı “USS Abraham Lincoln”un göyərtə aviasiyası da zərbələrə cəlb olunub.

Eyni zamanda ABŞ Hərbi Hava Qüvvələrinin Yaxın Şərqdə yerləşən bazalarından qalxan döyüş təyyarələri də hücumlarda iştirak edir. ABŞ rəsmisinin “Al Jazeera” telekanalına bildirdiyinə görə, əməliyyatın məqsədi İranın təhlükəsizlik sistemini dağıtmaqdır. Rəsmi əlavə edib ki, ABŞ-İsrail zərbələri geniş hədəfləri əhatə edir və həm havadan, həm də dənizdən genişmiqyaslı hücumlar həyata keçirilir.

“The New York Times” yazır ki, onlarla ABŞ zərbəsi Yaxın Şərqin müxtəlif bazalarında yerləşən hücum təyyarələri, eləcə də bir və ya bir neçə aviadaşıyıcı vasitəsilə endirilir. Qəzetin istinad etdiyi Amerika rəsmisinin sözlərinə görə, bu hücum ötən ilin iyununda İranın nüvə obyektlərinə qarşı həyata keçirilmiş ABŞ zərbələrindən daha genişmiqyaslı olacaq.

NYT həmçinin iddia edir ki, İsrail və ABŞ-nin İrana zərbələri ABŞ Prezidenti Donald Trampın İranın nüvə proqramı üzrə danışıqlardan məyus olmasından sonra baş verib. ABŞ və İsrail tərəfindən təsdiqlənmiş hədəflər sırasında İranın Kəşfiyyat Nazirliyi, Müdafiə Nazirliyi, Ali liderin ofisi, İran Atom Enerjisi Agentliyi və Parçin nüvə obyekti də yer alır.

İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) yaxın mənbələr hava zərbələri nəticəsində Korpusun “xeyli sayda” əməkdaşının həlak olduğunu və yaralandığını açıqlayıb.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
50
azpolitika.info

10Mənbələr