AZ

"Gəl mənə addım-addım" oxuyan qadına görə pis oluram  - Taleh Yüzbəyov

Tanınmış aktyor, rejissor Taleh Yüzbəyov son günlər ifası ilə sosial şəbəkələrdə viral olan müğənni ilə bağlı paylaşım edib.

Ölkə.Az xəbər verir ki, o, Şəlalə Səsli adlı ifaçının efir qadağası olduğunu deyərək, məyus olduğunu bildirib:

“Mən ən çox o "gəl mənə addım-addım" oxuyan qadına görə pis oluram. Bəlkə də illərlə bu günləri arzulayırmış, hər dəfə həmkarlarını efirdə görəndə ah çəkib, köks ötürürmüş, öz-özünə deyirmiş ki, bir gün sən də orda olacaqsan. Və axır ki, arzusuna çatmışdı. Bəlkə də hər efirdən sonra gecə yatanda tavana baxıb gülümsəyirmiş, aparıcının sualına daha yaxşı cavab fikirləşirmiş. O birilər heç olmasa efirin çörəyini yemişdilər, bu yazıq qadın iki ya üç dəfə efirə çıxdı, qadağa qoydular. Bizim üçün gülməlidir, onun üçün kədərli...”.

Qeyd edək ki, son günlər ciddi musiqini təbliğ etmədiyinə görə, bir sıra müğənnilərə efir qadağası qoyulduğu bildirilir. Efirə çıxması qadağan olunan müğənnilərin siyahısı yayılsa da, bəziləri bunu təkzib ediblər.

Billurə

Seçilən
4
1
olke.az

2Mənbələr