AZ

XİN Azərbaycan vətəndaşlarını İrana getməkdən çəkinməyə çağırdı

Azərbaycan vətəndaşlarına İrana səfərlə bağlı xəbərdarlıq edilib.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda təhlükəsizlik vəziyyətinin gərginləşdiyi nəzərə alınaraq, Azərbaycan vətəndaşlarına İrana səfər etməkdən çəkinmək tövsiyə olunur.

Eyni zamanda, hazırda İran ərazisində olan Azərbaycan vətəndaşlarına yerləşdikləri bölgədən asılı olaraq ölkəni Azərbaycan və ya Türkiyə üzərindən tərk etmək tövsiyə edilir.

Seçilən
18
2
publika.az

3Mənbələr