AZ

“Bizə “bunları efirə çağırmayın” deyə siyahı hələ gəlməyib”

Məlumat verdiyimiz kimi, Azərbaycanda televiziya, efir məkanı mədəniyyət və incəsənət xadimləri tərəfindən ciddi tənqid edildikdən sonra bir neçə şou verilişi bağlanılıb. Eyni zamanda, Azərbaycanda bir sıra bayağı müğənnilərin efirə çıxışına da qadağa qoyulub. Siyahıda Mətanət İsgəndərlinin keçmiş gəlini Canananın da adı qeyd olunub.

 

Mövzu ilə bağlı Mətanət İsgəndərli ilə əlaqə saxlamağa çalışsaq da, prodüseri Rövşən İlknuri Pravda.az-a açıqlama verərək M.İsgəndərlinin Azərbaycanda olmadığını və qərarın təsdiqlənmədiyini bildirib: “Mətanət xanım özü burada deyil, Moskvadadır. Audiovizual Şura hələ bu barədə siyahı təqdim etməyib. Təsdiq olunmayıb, rəsmi deyil. Mən özüm də televiziyada işləyirəm. Bizə “bunları efirə çağırmayın” deyə siyahı hələ gəlməyib. Dövlət tərəfindən verilən qərar, qadağadırsa, onu efirə buraxmaq olmaz. Hamı qəbul etməlidir, hörmətlə yanaşmalıdır”.

 

Şəhanə Quliyeva

Tarix: 28 Fevral 2026, 12:43   
Seçilən
10
pravda.az

1Mənbələr