AZ

Nizami Əsədov:“112”-yəgündəlik 6 min müraciət daxil olur, əksəriyyəti əsassızdır”

BAKI, 28 fevral. TELEQRAF

“Yarandığı vaxtdan etibarən “112” qaynar xəttə 30 milyondan artıq zəng daxil olub. “112” qaynar xəttinə gündəlik 6 min müraciət daxil olur. Amma təəssüf ki, daxil olan zənglərin mütləq əksəriyyəti əsassız, yalan xarakterli müraciətlərdir”.

Bunu Teleqraf-ın sualına cavab olaraq Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin112 Çevik Reaksiya İdarəsinin rəisi, mayor Nizami Əsədov deyib.

O bildirib ki, bu cür əsassız zənglər operativ müdaxilə tələb olunan, insan həyatının təhlükə ilə üzləşdiyi hallarda operativ qrupların hadisə yerinə gecikməsinə səbəb ola bilər:

“Bütün vətəndaşlardan xahiş edirik ki, “112” qaynar xəttinə yalnız real və təhlükəli vəziyyətlə üzləşdikdə müraciət etsinlər”, – Nizami Əsədov vurğulayıb.

Seçilən
2
1
teleqraf.com

2Mənbələr