Zaqatala, 28 fevral, R.İslamoğlu, AZƏRTAC
Zaqatala şəhəri ərazisində avtomobil piyadanı vurub.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, rayon sakini, 34 yaşlı Səməd Ramazanov idarə etdiyi “Toyota” markalı minik avtomobili ilə piyada 61 yaşlı Zaqatala şəhər sakini Gülarə Atalovanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan G.Atalova Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə korpusunun təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirlər.
Zaqatala Rayon Polis Şöbəsində hadisəsi ilə bağlı araşdırma aparılır.