AZ

Tramp İran hərbçilərini təslim olmağa çağırıb



ABŞ Prezidenti Donald Tramp İran hərbçilərini silahı yerə qoymağa çağırıb.

Newscenter.az-ın məlumatına görə, ABŞ lideri bunu bu günkü bəyanatında deyib.

"İslam İnqilab Keşikçiləri Korpusunun, silahlı qüvvələrin və İran polisinin üzvlərinə müraciət edərək deyirəm: silahı yerə qoyun və tam toxunulmazlıq əldə edin. Əks halda sizi qaçılmaz məhv gözləyir. Müqavimətdən imtina etsəniz, sizinlə ədalətli davranılacaq", - Tramp deyib.

Bundan əlavə, o həmçinin İranda hakimiyyət dəyişikliyinə ümid bəslədiyini bəyan edib.
Seçilən
26
4
newscenter.az

5Mənbələr