Bakı, 28 fevral, A.Azadqızı, foto S.Məcnun, video Ə.Baxşıyev, AZƏRTAC
Özəl məktəblər kiçik əhatə dairəsinə malikdir. Amma dövlət ümumi təhsil müəssisələrində rəqəmsal bacarıqların tədrisi artıq 600 min şagirdi əhatə edir. Bu, 2018-2020-ci illərlə müqayisədə böyük dəyişiklikdir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində elm və təhsil nazirinin müavini Həsən Həsənli deyib.
Nazir müavini STEAM tədrisinin 250 min şagirdi əhatə etdiyini vurğulayıb: “Bu model ənənəvi fənn formatından fərqlənir. Burada kollektiv, birgə işləmə, öz layihəni tərtib edib, sonra onu təqdim etmə bacarıqlarını inkişaf etdirilir. Kifayət qədər nikbin baxırıq ki, bundan sonrakı 10 illikdə məktəblərdən məzun olacaq şagirdlərimiz innovativ sahələrdə çalışmaq üçün daha hazırlıqlı olacaqlar”.