Cəlilabadın Vənlik kəndində leysan yağışlarından sonra körpü qəzalı vəziyyətə düşüb.
Ekologiya.az bildirir ki, bu barədə “Qafqazinfo”ya sakinlər məlumat verib.
Kənd sakinlərinin sözlərinə görə, eyni vəziyyət ötən il və bu ilin yanvarında da baş verib.
Bildirilib ki, körpü müvəqqəti olaraq bərpa olunsa da, yenidən yararsız hala düşüb.
Hazırda aidiyyəti qurumlar tərəfindən sözügedən ərazidə təmir işlərinə başlanılıb.