AZ

"Mançester Siti" Vinisiusu tovlayır - SON DURUM

"Real Madrid"in cinah hücumçusu Vinisius Junior karyerasını "Mançester Siti"də davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Marca" yayıb. 

Məlumata görə, Mançester klubu braziliyalı ulduza daha yüksək maaş ödəməyə hazırdır. Mənbə "şəhərlilər"in hazırda Vinisiusu "Real"la olan anlaşmasını - müddəti 2027-ci ilin yayında başa çatacaq müqaviləni yeniləməməyə səslədiklərini bildirib.

Cari mövsüm bütün turnirlərdə 37 matça çıxan Vinusius 13 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı 24 yaşlı futbolçunun transfer qiymətini 150 milyon avro ilə dəyərləndirir.

Toğrul

Seçilən
1
fanat.az

1Mənbələr