Qahirə, 28 fevral, AZƏRTAC
Qətərdə ABŞ-nin əl-Udeyd hərbi bazası yaxınlığında partlayış səsləri eşidilib.
AZƏRTAC xəbər verir ki, bundan başqa, Küveytdə, Bəhreyndə, Qətərdə partlayış səslərinin eşidildiyi barədə xəbərlər yayılıb. Bəhreyn xəbər agentliyi məlumat verib ki, ABŞ-nin 5-ci donanması mərkəzi raket hücumuna məruz qalıb. Küveyt hava sahəsi üzərində İrandan atılan raketlərin vurulduğu bildirilir.
İran televiziyası bildirib ki, İran ABŞ-nin regiondakı hərbi bazalarını hədəf alır.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə