Şəmkir rayonunda iki minik avtomobili toqquşub.
"Far.Az"un Qərb bürosunun məlumatına görə, qəza nəticəsində 1973-cü il təvəllüdlü M.Abbasov, 1993-cü il təvəllüdlü T.Əliyeva və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.