AZ

İsrail hava məkanını bağladı

İsrail hava məkanını bağladı

İsrail hakimiyyəti İrana qarşı həyata keçirilən "önləyici zərbə" əməliyyatından dərhal sonra ölkənin hava məkanını mülki uçuşlar üçün bağladığını elan edib.

İsrail Hava Limanları İdarəsinin məlumatına görə, təhlükəsizlik mülahizələri ilə bütün mülki hava limanlarında uçuşlar və enişlər müvəqqəti olaraq dayandırılıb. Nəqliyyat naziri Miri Regev tərəfindən verilən göstərişlə ölkənin hava sahəsi bütün mülki aviasiya üçün qapadılıb və vətəndaşlara aeroportlara getməmək barədə xəbərdarlıq edilib.

İsrailin N12 telekanalı xəbər verir ki, İsrailə istiqamət alan xarici aviaşirkətlərin təyyarələri havada geri dönərək uçuş məntəqələrinə qayıdırlar. "Air India" və bir sıra digər beynəlxalq daşıyıcılar artıq Təl-Əviv reyslərini ləğv etdiklərini təsdiqləyiblər. Eyni zamanda, "Arkia", "Israir" və "Air Haifa" kimi yerli aviaşirkətlər bütün şənbə uçuşlarını dayandırıb, yerdə qalan təyyarələrin isə qonşu ölkələrin təhlükəsiz hava limanlarına köçürülməsi planlaşdırılır.

Seçilən
18
afn.az

1Mənbələr