AZ

İranın XİN rəhbəri iraqlı həmkarına zəng etdi: Regiondakı ABŞ bazaları hədəf alınacaq

BAKI, 28 fevral. TELEQRAF

İraqın Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüseyn ilə İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı İranın XİN rəhbəri ölkəsinə edilən son hücumlardan sonra mövcud hərbi vəziyyət barədə həmkarını məlumatlandırıb.

A.Əraqçi rəsmi Tehranın özünü müdafiə etmək hüququndan istifadə edəcəyini və cavab zərbələrinin regiondakı ABŞ hərbi bazalarına yönələcəyini vurğulayıb.O qeyd edib ki, bu hücumlar region ölkələrini deyil, yalnız konkret hərbi obyektləri hədəf alacaq.

İraqın xarici işlər naziri Fuad Hüseyn isə öz növbəsində Bağdadın hərbi eskalasiyaya qarşı dəyişməz mövqeyini ifadə edib. O bildirib ki, müharibə problemlərin həlli yolu ola bilməz. Nazir regionun təhlükəsizliyi və sabitliyinin qorunması üçün dialoq və gərginliyin azaldılmasının ən effektiv vasitə olduğunu vurğulayıb.

Seçilən
5
teleqraf.com

1Mənbələr