AZ

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun III Şura toplantısı keçirildi

Fevralın 27-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) III Şura toplantısı keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə TMİF-ə üzv dövlətlərin mədəniyyət nazirləri, nazir müavinləri, Türkdilli ölkələrin beynəlxalq təşkilatlarının rəhbərləri, diplomatik korpus və media nümayəndələri iştirak edib.

Şurada ölkəmizi mədəniyyət nazirinin müavini Səadət Yusifovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Toplantıdan əvvəl TMİF-in sərgisi təşkil olunub və burada Fond tərəfindən nəşr olunmuş kitablar, tamamlanmış bərpa işlərindən ibarət fotosərgi nümayiş etdirilib.

Sonra Qırğız Respublikasının mədəniyyət, informasiya və gənclər siyasəti naziri cənab Mirbek Mambetaliev moderatorluğu ilə TMİF-in növbəti Şura iclası işə başlayıb.

Seçilən
10
publika.az

1Mənbələr