Bakı.Trend:
Abşeron Xətt Polis Məntəqəsinin əməkdaşları Salyan rayonunXıdırlı kəndi ərazisində xidmət aparan zaman Şirvan su kanalınınsahilində partlamamış mərmi aşkarlayıblar.
Trend-inməlumatına görə, sursatın tapıldığı yerin ətrafında əraziyə baxışkeçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Mərmi təhlükəsizlik tədbirləri görülməklə ərazidən götürülüb vəaidiyyatı üzrə təhvil verilib.
Araşdırma aparılır.