Bakı. Trend:
BMT Təhlükəsizlik Şurası İsrail və ABŞ-nin İrana hərbi havahücumlarının dayandırılması üçün təcili iclas keçirməlidir.
Trend-inməlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibiİsmayıl Bəqai yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, İran Silahlı Qüvvələri var-gücləri iləölkəni müdafiə edəcək. Bu savaş İrana tətbiq olunan savaşdır.
“Beynəlxalq ictimaiyyət İrana hərbi hücumlara reaksiya vermədiyihalda bütün beynəlxalq qurumların sonunun başlanğıcı olacaq”, -deyə o qeyd edib.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasındakeçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başaçatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraqAvropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarəyerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.