AZ

Vegetarian pəhrizinin qida borusu xərçəngi riski ilə əlaqəsi aşkarlandı

Oksford Universitetinin alimləri müəyyən ediblər ki, vegetarian pəhrizi beş növ xərçəngin yaranma riskini azaldır. Oxuməni.az xəbər verir ki, bu barədə universitetin ictimai sağlamlıq və tibb sahəsində tədqiqatlarla məşğul olan bölməsinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur: "Bitki əsaslı pəhrizin xərçəng riskinə təsirinə həsr olunmuş tarixdəki ən böyük tədqiqat göstərdi ki, vegetarianlıq bəzi xərçəng növlərinin – süd vəzi, prostat, böyrək, mədəaltı vəzi və çoxsaylı mieloma xərçənginin inkişaf riskini azaldır."

1,8 milyondan çox insanın iştirak etdiyi tədqiqatın nəticələrinə görə, vegetarianlarda mədəaltı vəzi xərçənginə 21%, süd vəzi xərçənginə 9%, prostat xərçənginə 12% daha az rast gəlinir, həmçinin onlarda böyrək xərçəngi 28% daha az inkişaf edir və çoxsaylı mieloma xəstəliyinə tutulma ehtimalı 31% daha azdır.

Bununla belə, vegetarian pəhrizi qida borusu xərçənginin inkişaf ehtimalını demək olar ki, iki dəfə artırır. Xəstəliyin yaranma riskini azaltmaq üçün alimlər rasiona tam taxıllı məhsullar, paxlalılar, meyvə və tərəvəzləri daxil etməyi, həmçinin qırmızı ət istehlakını məhdudlaşdırmağı tövsiyə ediblər.

Vegetarianlıq – əsasında yalnız bitki və süd məhsullarının istehlakı, hər hansı heyvan mənşəli qidadan (quş əti, balıq və dəniz məhsulları daxil olmaqla) imtina edilməsi duran qidalanma sistemidir.

Almaz Həsənli

Seçilən
3
1
oxumeni.az

2Mənbələr