AZ

Rusiya vətəndaşlarını Azərbaycan ərazisi ilə İranı tərk etməyə çağırıb

Rusiya İrandakı vətəndaşlarını Azərbaycan sərhədi vasitəsilə ölkəni tərk etməyə çağırıb. 

Azpost.info bildirir ki, bu barədə Rusiyanın İrandakı səfirliyi məlumat yayıb. Səfirlik bəyan edib ki, ölkədən çıxmaq üçün optimal marşrutlar Astaradan Azərbaycana və Nurduz/Aqarak keçid məntəqəsindən Ermənistana keçməkdir.

Diplomatik missiya qeyd edib ki, Azərbaycanla sərhədi keçmək üçün Azərbaycan hakimiyyət orqanlarının əvvəlcədən icazəsi tələb olunur.

Vətəndaşlara səyahət edərkən ehtiyatlı və sayıq olmaları tövsiyə olunur.

AzPost.az

Seçilən
11
azpost.info

1Mənbələr