AZ

Ayağa qalx deyə, min yalan danışdım

ain.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

"Səni dağlar qoynunda bəslədim ata. Ummadığın payları, gözləmədiyin müjdələri verdim. Beş ildə bəlkə beş min şirin yalan danışdım sənə. Hər səfərində yaxşı olacaqsan, ayağa qalxacaqsan dedim".

Axşam.az xəbər verir ki, bu sözləri şair Nazilə Səfərli sosial şəbəkədə paylaşımında yazıb. Ötən gün atasını itirən şair onun fotolarını yayımlayaraq, bunları yazıb:

"Heç nəyi əsirgəmədim axı. Əməyimi kül etdin. Əllərimlə bəslədiyim atam ələrimdə canını tapşırdı. Fani dünya, boş ümüd, puç həyat...".

Qeyd edək ki,  şairin atası Bəhlul Məmmədov uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkir. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
1
axsam.az

2Mənbələr