AZ

Yük maşınlarının İran sərhədindən keçməsi: Məhdudiyyət var?

Yük nəqliyyat vasitələrinin İran-Azərbaycan sərhədindən keçməsi ilə bağlı hər hansı bir problem yaşanmır və məhdudiyyət tətbiq olunmur.
BUTA.TV xəbər verir ki, bu barədə Reporta-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Qeyd edilib ki, daşıyıcılarla mütəmadi olaraq əlaqə saxlanılır və məsələ nəzarətdədir. "Hər hansı dəyişiklik olarsa, ictimaiyyətə məlumat veriləcək", - məlumatda vurğulanıb.

Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir.

Seçilən
12
buta.tv

1Mənbələr