AZ

Türk Hava Yolları 10 ölkəyə uçuşları ləğv edib

Türk Hava Yolları (THY) 10 ölkəyə uçuşları ləğv edib.

Bizim.Media xəbər verir ki, THY-nin Mətbuat müşaviri Yahya Üstün bəzi ölkələrin hava məkanının bağlanması ilə əlaqədar olaraq Livan, Suriya, İraq, İran və İordaniyaya reyslərin 2 mart 2026-cı il tarixinədək dayandırıldığını açıqlayıb.

“Qətər, Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Oman istiqamətində isə 28 fevral 2026-cı il üçün planlaşdırılan reyslər ləğv edilib. Hava məkanındakı proseslər yaxından izlənilir və əlavə reys ləğvləri gündəmə gələ bilər”, - deyə qeyd olunub. (APA)

Bizim.Media

Seçilən
30
6
bizim.media

8Mənbələr