AZ

Arda Turan Türkiyədə oynamaq istəyir

Arda Turanın baş məşqçisi olduğu “Şaxtyor” Konfrans Liqasının 1/8 finalında Polşanın “Lex” klubu ilə qarşılaşacaq.

İdmanxeber.az-ın məlumatına görə, Donetsk təmsilçisi ev oyunlarını Polşanın Krakov şəhərində keçirsə də, türkiyəli mütəxəssis cavab matçının başqa ölkədə təşkil olunmasını istəyir.

Turan görüşün Türkiyədə, konkret olaraq İzmir şəhərində baş tutmasının tərəfdarıdır və bu məqsədlə “Göztepe” klubuna müraciət etməyi planlaşdırır.

Qarşılaşmalar 12 və 19 mart tarixlərində keçiriləcək. Cavab oyununun formal ev sahibi “Şaxtyor” olacaq.

Seçilən
9
idmanxeber.az

1Mənbələr