AZ

Dənizin delikatesi – Yerli istehsal yoxdur, ən çox bu ölkədən gətirilir

Keçən ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrdən ümumilikdə 0,74 ton həcmində hisə verilmiş və mişarvari krevetka idxal edib. Krevetka idxalı əsasən Farer adaları, Qrenlandiya və Yaponiyadan həyata keçirilib. Farer adalarından idxal olunan məhsulun 1 kiloqramı 7,5 dollar (12,75 manat) olub. Ən böyük idxal payı isə Qrenlandiyaya məxsusdur.

Qrenlandiya mənşəli məhsulun 1 kiloqramı isə 7,91 dollar (13,45 manat) təşkil edib. Qeyd edək ki, Azərbaycanda krevetkalar pərakəndə satış şəbəkələrində əsasən dondurulmuş 500 qr-1 kq paketlər şəklində təqdim olunur. Marketlərdə bu məhsulun qiyməti 22,50 manatdan 34,50 manata qədər dəyişir.

“Əlçatan delikates” kimi təqdim olunan krevetka Azərbaycanda artıq tanış məhsula çevrilib. Lakin bu bazarla bağlı suallar çoxdur: Azərbaycanda krevetka istehsalı varmı? Dəniz, yoxsa şirin suda yetişdirilən növlərə üstünlük verilir?

“Ən çox krevetka İrandan gətirilir”

Azərbaycan Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyevin sözlərinə görə, ölkəyə ən çox krevetka İrandan gətirilir: “Mənim bildiyim sahibkarlardan biri ötən ilin noyabr ayında İrandan 3 ton pələng krevetkası gətirmişdi. Ancaq bu rəqəmlər rəsmi statistikada əksini tapmayıb. Statistik siyahıda bu ölkənin, eləcə də Çinin adının yer almaması təəccüblüdür. Adıçəkilən digər ölkələrdən idxal edilən krevetkalar isə baha başa gəlməsi səbəbindən əlçatmazdır. Yerli krevetkaya gəldikdə isə, bazarlarda xarici məhsulla müqayisədə qat-qat çox satılır. Ümumilikdə, yerli krevetka idxal olunan məhsuldan daha çoxdur və satış baxımından da təxminən 50 dəfə üstünlük təşkil edir. İl ərzində yalnız bizim qurum 400–500 kiloqram yerli krevetkanı balıq yemi məqsədilə alır. Azərbaycanın su hövzələrində bir neçə növ krevetka mövcuddur ki, onların da böyük hissəsini Xəzər krevetkası təşkil edir və bu növ ilboyu ovlana bilir. Ölkənin hava şəraiti isə su hövzələrində bioresursların ilboyu istehsalına imkan verir”.

Seçilən
11
publika.az

1Mənbələr