AZ

Türk Hava Yolları şirkəti İran və Yaxın Şərq ölkələrinə hava reyslərini ləğv edib

Bakı. Trend:

İran və İsrail arasında alovlanan eskalasiyalar nəticəsindəmünaqişənin Körfəz ölkələrinə yayılması fonunda Türk Hava Yollarıbəzi beynəlxalq hava reyslərini ləğv edib.

Trend bu barədəTürkiyə KİV-ə istinadən xəbər verir.

THY-nin Kommunikasiya üzrə rəhbəri Yahya Üstün 10 ölkəyəplanlaşdırılan uçuşların dayandırıldığını açıqlayıb.

Məlumata görə, THY Livan, Suriya, İraq, İran və İordaniyayareysləri 2026-cı il 2 mart tarixinədək ləğv edib. Qətər, Küveyt,Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Omana uçuşlar isə 2026-cı il28 fevral tarixində həyata keçirilməyəcək.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana qurudan, dənizdən vəhavadan zərbələri endirməyə başlayıb.

Məqalədə:
Seçilən
17
5
az.trend.az

6Mənbələr