Mütəxəssislərin fikrincə, Ramazan ayında uzun müddət oruc tutmaq arıqlamaq üçün kifayət deyil.
Ölkə.Az xəbər verir ki, Ramazan ayında yemək rejimlərində və maye qəbulunda dəyişikliklər də maddələr mübadiləsinə birbaşa təsir göstərir.
Türkiyəli dieytoloq Dr. Ayden Özekinci bildirib ki, düzgün planlaşdırma aparılmadıqda bədən yağ yığmağa daha çox meylli olur.
Arıqlamaq üçün imsak etmədən oruc tutmaq, geniş yayılmış, lakin səhv addımdır. İmsak gün ərzində maddələr mübadiləsinin balanslı işləməsinə töhfə verir. Uzun müddətli orucdan sonra iftarda sürətli və həddindən artıq yemək qan şəkərinin qəfil artmasına səbəb olur ki, bu da yağ ehtiyatını artıra bilər.
Ramazan ayı aralıqlı orucla oxşarlıqlara malikdir. Lakin düzgün olmayan pəhriz planlaması əzələ itkisinə və maddələr mübadiləsinin yavaşlamasına səbəb ola bilər. Gündə yalnız bir dəfə yemək, kifayət qədər protein qəbul etməmək və şəkərli desertlərin tez-tez istehlakı Ramazandan sonra sürətli çəki artımına yol aça bilər.
Mütəxəssislər orucu su və xurma ilə açmağı, ardınca şorba və qısa bir fasilə verməyi tövsiyə edirlər, çünki bu, porsiya nəzarətini asanlaşdırır və sağlam çəki idarəçiliyini təşviq edir. Əsas yemək üçün qızartma əvəzinə qaynatma, manqal və ya sobada bişən yeməklərə üstünlük verilməlidir.
İftardan sonra tamamilə hərəkətsiz qalmaq maddələr mübadiləsini də ləngidə bilər. Buna görə də, yeməkdən təxminən bir saat sonra yüngül gəzintilərin çəki nəzarətinə kömək etdiyi deyilir.
Digər tərəfdən, meyvə iftardan dərhal sonra yeyilməməli və ən azı iki saat sonra yeyilməlidir.
Həmçinin, çay və qəhvə suyun yerini tutmadığı üçün, xüsusən də imsak zamanı su, ayran və süd kimi içkilərə üstünlük vermək tövsiyə olunur.
Billurə