AZ

TƏCİLİ: İsrail SEPAH-ın gizli bazasını VURDU – Xamenei və Pezeşkian öldürülüb?

Axios jurnalisti Barak Ravid İsrail rəsmilərinin SEPAH bazasında bir neçə yüksək rütbəli İran hərbi komandirini və siyasi xadimini vurduğunu açıqlayıb.

KONKRET.az xəbər verir ki, qeyd olunan hədəflər arasında İranın Ali Lideri Əli Xamenei və Prezident Məsud Pezeşkian da var.

İsrail Müdafiə Qüvvələri (İMQ) ABŞ ilə birgə əməliyyatın ilk dalğası zamanı İrandakı onlarla hərbi hədəfin vurulduğunu açıqlayıb.

İsrail hərbi sözçüsünün sözlərinə görə, bu, “İran rejiminə qarşı geniş, əlaqələndirilmiş və birgə əməliyyatdır”.

Reuters agentliyinin məlumatına görə, ABŞ və İsrailin zərbələri nəticəsində SEPAH-ın bir neçə yüksək rütbəli komandiri və siyasi xadimi öldürülüb.

The Washington Post qəzetinin məlumatına görə, ABŞ İrana qarşı əməliyyata Kosmik Qüvvələrini, Hərbi Hava Qüvvələrini, Hərbi Dəniz Qüvvələrini, Dəniz Piyadaları Korpusunu və Ordusunu göndərib.

Dəmavənddəki SEPAH bazalarında partlayış səsləri eşidilir.

İranlı mənbə Reuters agentliyinə bir neçə siyasi və hərbi liderin öldürüldüyünü təsdiqləyib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
24
1
konkret.az

2Mənbələr