AZ

Tehranda blokpostlar: Rejimdən gözlənilməz addım

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Tehranda blokpostlar qurmağa başlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə yerli və beynəlxalq KİV-lər məlumat yayıb.

Bildirilir ki, təhlükəsizlik qüvvələri paytaxtın müxtəlif istiqamətlərində nəzarət-buraxılış məntəqələri yaradaraq hərəkəti ciddi şəkildə yoxlayır.

İran İslam Respublikası eyni vaxtda havadan İsrail və ABŞ tərəfindən bombardman edildiyi halda, ölkə daxilində rejim potensial etirazçıların qarşısını almaq məqsədilə nəzarət tədbirlərini sərtləşdirir.

Məlumatlara görə, qurulan blokpostlar vasitəsilə şübhəli bilinən şəxslərin müəyyənləşdirilməsi və mümkün aksiyaların qarşısının alınması hədəflənir. Bu addım bəzi ekspertlər tərəfindən ABŞ-nin hücumlarına rəsmi Tehranın daxili təhlükəsizlik tədbirləri ilə cavabı kimi qiymətləndirilir.

Sara
NOCOMMENT.az

Seçilən
1
nocomment.az

1Mənbələr