Yaxın Şərqdə artan hərbi gərginlik fonunda Dubayda vəziyyət kəskinləşib. KİV-in yaydığı məlumata görə, şəhər üzərində bir neçə raketin zərərsizləşdirilməsindən sonra minlərlə insan Dubayı tərk etməyə başlayıb. Hadisə paytaxt yollarında ciddi sıxlığa səbəb olub və şəhərdən çıxış istiqamətində kilometrlərlə uzanan tıxac yaranıb.
NOCOMMENT.az.az xəbər verir ki, sosial şəbəkələrdə və bəzi media orqanlarında dünyanın ən hündür binası olan Burj Khalifa-nın guya təxliyə edilməsi ilə bağlı məlumatlar yayılsa da, şahidlər bu xəbərlərin həqiqəti əks etdirmədiyini bildiriblər. RIA Novosti-yə danışan şəxslər qeyd ediblər ki, binada kütləvi təxliyə həyata keçirilməyib və vəziyyət nəzarət altındadır.
Bütün bunlar İsrail və ABŞ-ın İrana endirdiyi zərbələr, eləcə də Tehranın cavab addımları fonunda regionda təhlükəsizliklə bağlı narahatlıqların artdığını göstərir. Rəsmi qurumlar əhalini təşvişə düşməməyə və yalnız rəsmi mənbələrə istinad etməyə çağırır.
Sara