İsrailin hücumlarında İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei və Prezident Məsud Pezeşkian hədəf alnıb.
Heftelik.az xəbər verir ki, bu barədə İsrail rəsmisi “The Times of Israel”ə danışıb.
Hədəflər arasında rejimin digər yüksək vəzifəli komandirləri və hərbi rəhbərləri də olub.
Zərbələrin nəticələri hələlik qeyri-müəyyəndir.
Bundan əvvəl İranın “Tasnim” agentliyi Məsud Pezeşkianın “tam sağlam” olduğu barədə məlumat yayıb.
Anonim İsrail mənbələrinə istinad edən “Channel 12” zərbələrin İran rəhbərliyinin aradan qaldırılması məqsədinə çatmaq baxımından “çox yüksək uğur” kimi qiymətləndirdiyini bildirib.
Məlumata görə, bu qiymətləndirmə yüksək rütbəli komandirlərə və Məsud Pezeşkianla bağlı olub. Həmçinin qeyd edilir ki, Əli Xamenei ilə bağlı hər hansı dramatik hadisənin baş verib-vermədiyi hələ də aydın deyil.