AZ

Daha iki ölkə hava məkanını bağladı

“İraq və Küveyt, İsrail və ABŞ-nin İrana qarşı hücumlarından sonra ölkənin hava məkanını bağlayaraq İrana bütün uçuşları dayandırıb”.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə İraq Nəqliyyat Nazirliyinin sözçüsü Meysəm əs-Safi İraqın rəsmi xəbər agentliyi INA-ya açıqlama verib:

"Bütün İraq hava məkanı uçuşlara bağlanıb və bundan əvvəl bütün hava hərəkəti boşaldılıb".

Küveytin rəsmi agentliyi KUNA-nın xəbərinə görə, Küveyt Mülki Aviasiya İdarəsi İrana həyata keçirilən bütün uçuşların dayandırıldığını və ləğv edildiyini bildirib.

Sözçü Abdulla ər-Racihi qərarın regiondakı mövcud vəziyyət və İran hava məkanının tamamilə bağlı olması ilə əlaqədar qəbul edildiyini qeyd edib.

Seçilən
10
cebheinfo.az

1Mənbələr