AZ

İrana hücumların məqsədi ölkənin ərazi bütövlüyünə zərbə vurmaqdır – İnformasiya Şurası

Bakı. Trend:

İsrail və ABŞ-nin İrana hərbi hava hücumlarının məqsədi ölkəninərazi bütövlüyünə zərbə vurmaqdır.

Trend-inməlumatına görə, bu, İran Hökumətinin İnformasiya Şurasınınməlumatında öz əksini tapıb.

Məlumata görə, İran və ABŞ arasında müzakirələrin getdiyi birvaxtda bir daha İrana hücum İranın suverenliyinin hədəf alındığınıgöstərir.

“İran hökuməti, bütün nazirliklər, bütün aidiyyəti qurumlar özişlərini həyata keçirməkdədir. Hökumət təhlükəli şəraiti anlayaraquzun müddət öncədən lazımi tədbirləri görüb və vətəndaşlar heç birçatışmazlığın olmasına görə narahat olmasınlar. Zəruri məhsullar,yanacaq və dərman preparatları yetərincə ölkədə mövcuddur. Səhiyyəmərkəzləri, apteklər, banklar öz fəaliyyətlərini davametdirirlər.

Vətəndaşların başqa şəhərlərə səfər etmələri üçün lazımitədbirlər görülüb və vətəndaşlar təmkinli və səbirli olmağa dəvətolunur”, - məlumatda qeyd olunur.

Məlumatda bildirilir ki, İran öz ərazisinin müdafiəsini davametdirəcək və hökumət tam gücü ilə Silahlı Qüvvələrinyanındadır.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasındakeçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başaçatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraqAvropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarəyerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.

Məqalədə:
Seçilən
12
32
az.trend.az

10Mənbələr