AZ

Bankların haqq və komissiya xərcləri 90 milyon manatı ötüb

2026-cı ilin fevralın 1-nə  Azərbaycanda fəaliyyət göstərən bankların qeyri-faiz xərcləri 257,6 milyon manat təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,7 milyon manat və ya 1,4% azalma deməkdir.

FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən xəbər verir.

Bankların qeyri-faiz xərclərinin azalmasında əsas rolu digər qeyri-faiz xərcləri oynayıb. Belə ki, bu maddə üzrə xərclər bir ildə 11,3 milyon manat (7,7%) azalaraq 134,7 milyon manata düşüb.

Bunun əksinə olaraq, bankların bəzi xidmət və əməliyyat xərclərində artım qeydə alınıb. Ən diqqətçəkən artım xidmətlər üzrə haqq və komissiya xərclərində olub. Bu xərclər bir ildə 6,7 milyon manat (8%) artaraq 90,5 milyon manata çatıb.

Həmçinin, bankların əsas vəsaitlərlə bağlı xərcləri də cüzi (900 min manat və ya 2,9%) artaraq 32,4 milyon manat təşkil edib.

Xatırladaq ki, əvvəlki ilin eyni dövründə (2025-ci ilin yanvar ayında) bankların ümumi qeyri-faiz xərcləri 261,3 milyon manat, o cümlədən əsas vəsaitlərlə bağlı xərcləri 31,5 milyon manat, komissiya xərcləri 83,8 milyon manat, digər qeyri-faiz xərcləri isə 146 milyon manat təşkil edirdi.

Seçilən
1
fed.az

1Mənbələr