AZ

İsrail çempionatında bütün oyunlar təxirə salındı

Futbol üzrə İsrail çempionatının bu gün keçirilməli olan bütün oyunları təxirə salınıb.

Fanat.Az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.

25-ci turun 1 və 2 martda keçirilməsi nəzərdə tutulan digər iki qarşılaşması da başqa tarixdə reallaşacaq.

Xatırladaq ki, bu gün İsrail dövləti ölkəyə qarşı təhdidləri aradan qaldırmaq üçün İrana qabaqlayıcı zərbə endirib. İsrailin bütün ərazisində dərhal fövqəladə vəziyyət elan olunub. 

Seçilən
9
fanat.az

1Mənbələr