Azərbaycan Premyer Liqasının XXII turunda “Qəbələ” doğma meydanda “Karvan-Yevlax”ı qəbul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, ev sahibi komanda görüşə tam heyətlə hazırlaşıb. Komandada cəzalı və ya zədəli futbolçu yoxdur.
“Karvan-Yevlax”da isə iki itki var. Araz Abdullayev və Əli Abdullayev zədəli olduqları üçün bugünkü matçda iştirak etməyəcək.
Qarşılaşma saat 17:00-da start götürəcək.