Misli Premyer Liqasında 22-ci tur davam edir.
Fanat.Az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
Öncə “Şamaxı” öz meydanında “Neftçi” ilə qarşılaşacaq. Matçın baş hakimi Kamranbəy Rəhimov olacaq.
Günün digər oyunu “Qəbələ” ilə “Karvan-Yevlax” arasında keçiriləcək. Bu görüşü Kamal Umudlu idarə edəcək.
Daha öncə “Kəpəz” “Sumqayıt”a qalib gəlib (3:0), “Araz-Naxçıvan” “Zirə”yə məğlub olub – 0:1. “Turan Tovuz” – “İmişli” və “Qarabağ” – “Sabah” oyunları sabah keçiriləcək.
Misli Premyer Liqası
22-ci tur
28 fevral
“Şamaxı” – “Neftçi” 0:0 (fasilə)
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Kərim Zeynalov, İnqilab Məmmədov.
Şamaxı şəhər stadionu, 14:30.
“Şamaxı”: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 2. Abdulla Rzayev, 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov, 9. Karim Rossi, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 48. Ramiz Muradov, 77. Nihat Mehralıyev, 90. Davud Mənsumov, 10. Andrey Tirkoveanu, 3. Vladislav Veremeyev, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Ayxan Abbasov.
“Neftçi”: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 7. Emil Səfərov, 77. Falaye Sako, 24. Mustafa Sek
5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 9. Bassala Sambu, 33. Breno Almeyda, 11. İmad Faraj.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 91. Nurəziz Əzizov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanskiy, 47. Murad Məmmədov, 45. Vensan Abubakar, 14. Edvin Kuç, 70. Andrey Ştoqrin, 10. Freddi Varqas, 22. Luis Ortis, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.
“Qəbələ” – “Karvan-Yevlax”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Mirnihat Seyidov, Rövşən Rəcəbov.
Qəbələ şəhər stadionu, 17:00.