AZ

"Böyük Dəbilqə": Azərbaycanın daha bir cüdoçusu finalda

Azərbaycanın daha bir cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində finala yüksəlib.

Fanat.Az xəbər verir ki, Ömər Rəcəbli (81 kq) bu raundda mübarizə aparacaq.

Bu gün tatamiyə çıxan Kamran Süleymanov (73 kq), Fidan Əlizadə (63 kq) və Südabə Ağayeva (70 kq) isə medal şanslarını itiriblər.

Qeyd edək ki, "Böyük Dəbilqə" martın 1-də başa çatacaq. Ötən gün Əhməd Yusifov qızıl, Balabəy Ağayev (hər ikisi 60 kq) gümüş medal qazanıb.

Seçilən
0
10
fanat.az

10Mənbələr