İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian atasının durumu ilə bağlı danışıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
O, atasının sağ olduğunu, sui-qəsd cəhdinin uğursuzluqla nəticələndiyini bildirib.
Xatırladaq ki, İsrail İran prezidentinin iqamətgahı da daxil olmaqla, İslam Respublikasına təxminən 30 hədəfə hücum edib. Bildirilib ki, Pezeşkian heç bir xəsarət almayıb.