AZ

“Taliban”ın dünyanı heyrətləndirən 10 qadağası

2021-ci ildə Əfqanıstanda yenidən hakimiyyətə gələn “Taliban” hərəkatı beş ilə yaxındır ölkəni idarə edir. Bu illər ərzində ölkə orta əsrlərdən qalma metodlarla idarə edilməkdədir. 30 milyon əhali şəriət qaydaları ilə yaşamağa məcbur edilir. 2021-ci ildən əvvəl ABŞ və NATO ölkələrinin yaxın müttəfiqi kimi çıxış edən Əfqanıstan “Taliban”ın hakimiyyəti yenidən ələ keçirməsindən sonra tamamilə fərqli trayektoriyada hərəkət edir.

Hərəkatın xarici siyasəti hazırda beynəlxalq səviyyədə de-yure (rəsmi) tanınma əldə etməyə və ölkənin iqtisadi təcridini aradan qaldırmağa yönəlsə də, ortada uğur yoxdur. Əfqanıstan İslam Əmirliyinin əsasının qoyulmasından 5 il keçsə də, hələ ki, heç bir dövlət “Taliban”ı Əfqanıstanın legitim idarəçisi kimi tanımağa tələsmir.

Hərəkatın qurduğu hökumət beş ilə yaxındır sınaqlarla üz-üzədir. Repatriant problemi, sanksiyalar, iqtisadi sıxıntılar, aparıcı dövlətlərin təzyiqləri azmış kimi, Beynəlxalq Cinayət Məhkəməsi də onun liderlərinin həbsi barədə qərar qəbul edib.

Seçilən
13
publika.az

1Mənbələr