AZ

Lənkəranda 52 yaşlı kişini "tok" vurdu

Lənkəranda kişini elektrik cərəyanı vurub.

Ucnoqta.az xəbər verir ki, hadisə Liman şəhəri ərazisində qeydə alınıb. 

Belə ki, rayonun Nərimanabad qəsəbə sakini, 1974-cü il təvəllüdlü Ağadadaş Maarif oğlu Əliyev transformatorun yerləşdiyi əraziyə daxil olub və elektrik cərəyan onu vurub.  

O Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
19
10
ucnoqta.az

10Mənbələr