AZ

İsrail hücumdan öncə Rusiyaya hansı mesajı ötürüb? XİN elan etdi

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ və İsrailin İran ərazisinə hava hücumlarından sonra rəsmi Moskva sərt bəyanatla çıxış edib.

Globalinfo.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi hücumların beynəlxalq hüququ pozduğunu bildirib

XİN vəziyyətin dərhal siyasi və diplomatik səviyyəyə keçməsi üçün çağırış edib:

“Bu məsuliyyətsiz addımdan əvvəl aparılan hərbi-siyasi və təbliğat hazırlıqlarının miqyası və xarakteri, o cümlədən ABŞ-ın bölgəyə geniş şəkildə hərbi qüvvələrini toplaması, bunun Birləşmiş Millətlər Təşkilatının üzvü olan suveren və müstəqil bir dövlətə qarşı beynəlxalq hüququn fundamental prinsiplərini və normalarını pozan əvvəlcədən planlaşdırılmış və təhrik edilməmiş silahlı təcavüz aktı olduğuna şübhə yeri qoymur.

Bu hücumların uzunmüddətli perspektivdə İslam Respublikası ətrafındakı vəziyyəti normallaşdırmaq məqsədi ilə yenidən başlamış danışıqlar prosesi adı altında və Rusiya tərəfinə israillilərin iranlılarla hərbi münaqişədə maraqlı olmadığı barədə siqnalların verilməsinə baxmayaraq, yenidən həyata keçirilməsi də qınanmalıdır.

Vəziyyətin dərhal siyasi-diplomatik həll yoluna qaytarılmasını tələb edirik. Rusiya, əvvəlki kimi, beynəlxalq hüquqa, qarşılıqlı hörmətə və maraqlar balansına əsaslanan dinc həll yollarının tapılmasına töhfə verməyə hazırdır”.

Gülnar Səlimova

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
globalinfo.az

1Mənbələr