
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hava Hücumundan Müdafiə sistemləri ölkə ərazisinə yönələn ikinci raket dalğasını uğurla dəf edib.
AFN.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Müdafiə Nazirliyi açıqlayıb. Nazirlikdən verilən xəbərə görə, İrandan atılan raketlər hədəfə çatmadan havada məhv edilib.
Buna baxmayaraq, zərərsizləşdirilən raketlərin bəzi qəlpələri paytaxt Əbu-Dabi şəhərinin yaşayış zonalarına düşüb. Təəssüflə bildirilir ki, qəlpə yağışı nəticəsində bir mülki şəxs həlak olub və bəzi binalara maddi ziyan dəyib.
Nazirlik hücumu "alçaqcasına törədilmiş terror aktı" adlandırıb və ölkənin təhlükəsizliyini qorumaq üçün bütün lazımi tədbirlərin görüləcəyini vurğulayıb. Vətəndaşlara rəsmi mənbələrdən gələn məlumatları izləmək tövsiyə edilir.