AZ

Müharibə kripto bazarını çökdürdü: "Bitkoin" və "Ethereum" kəskin ucuzlaşır

Müharibə kripto bazarını çökdürdü: "Bitkoin" və "Ethereum" kəskin ucuzlaşır

Yaxın Şərqdə hərbi gərginliyin pik həddə çatması fonunda kriptovalyuta bazarında kəskin eniş müşahidə olunur.

AFN.az xəbər verir ki, dünyanın ən böyük birjası olan "Binance"ın məlumatına görə, Bitkoin (BTC) 5,5% dəyər itirərək 63,661 dollar səviyyəsinə düşüb. Bazarın ikinci ən böyük aktivi olan Ethereum (ETH) isə daha böyük zərbə alaraq 7,8% ucuzlaşıb və hazırda 1 855 dollar ətrafında ticarət olunur.

Milyonlarla dollar "buxarlandı"

"Coinglass" platformasının göstəriciləri vəziyyətin ciddiliyini ortaya qoyur. Son 24 saat ərzində dünya üzrə 154 mindən çox treyderin mövqeyi ləğv edilib. Bazardan silinən vəsaitin ümumi məbləği 513 milyon dolları ötüb. Ən böyük itkilər Bitkoin ticarətində qeydə alınıb. Qiymətlərin artacağına ümid edən ("long" mövqe tutan) investorlar təxminən 437 milyon dollar itiriblər.

Bazar niyə sarsılır?

Maliyyə analitikləri bildirirlər ki, ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyat, həmçinin Tehranın raket zərbələri ilə verdiyi cavab investorları "riskli aktivlərdən" qaçmağa məcbur edib. Region ölkələrinin hava məkanını bağlaması və hərbi əməliyyatların miqyasının genişlənməsi qlobal maliyyə bazarlarında qeyri-müəyyənliyi artırıb.

Xatırladaq ki, hərbi əməliyyatlar nəticəsində Tehran daxil olmaqla İranın strateji şəhərləri, həmçinin regiondakı ABŞ bazaları hədəf alınıb. Vəziyyətin gərginləşməsi ilə kriptovalyuta birjalarında volat

Seçilən
2
afn.az

1Mənbələr